Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş arvadına qarşı 200 min manat dələduzluq edən şəxsə qarşı cinayət işi başladılıb

Keçmiş arvadına qarşı 200 min manat dələduzluq edən şəxsə qarşı cinayət işi başladılıb

Tarix: 13 Iyul 2021 12:00

Keçmiş həyat yoldaşına qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Faiq Abdullazadə və onun qardaşı Fərid Abdullazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxslərlə bağlı toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Qeyd edək ki, zərərçəkən Vüsalə Atayeva şikayətində bildirib ki, keçmiş həyat yoldaşı Abdullazadə Faiq Novruzəli oğlu və qardaşı Abdullayev Fərid Novruzəli oğlu əlbir olaraq onun etibarından sui-istifadə edərək müxtəlif vaxtlarda ümümilikdə 191 950 manat pulunu ələ keçirib, sonradan dəfələrlə pulu geri istəməsinə baxmayaraq geri qaytarmayıblar. Qardaşlar V.Atayevanı guya Nərimanov rayonu, Gənclik metrostansiyası yaxınlığında "Burhan FF" MMC vasitəsilə məşğul olduqları avtomobil icarəsi biznesinə vəsait qoyub gəlir götürəcəyinə inandıraraq 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Nizami rayonu "Neftçilər" ticarət mərkəzində yerləşən ofisdə ümumilikdə 191 950 manat pulunu ələ keçiriblər.

Zərərçəkənin şikayəti əsasında keçmiş əri və onun qardaşı barəsində cinayət işi başlanılıb.


Etiketlər:  Keçmiş arvadına qarşı manat dələduzluq edən şəxsə qarşı cinayət işi başladılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ