Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 19:16
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi "Ayaks" futbolçusu Lasse Şeneni satıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi "Cenoa"ya transfer olunub.
İtaliya mətbuatı bu transfer üçün A seriyası təmsilçisinin 1.5 milyon avro təzminat ödədiyini yazıb.
Qeyd edək ki, L.Şene 2012-ci ildən oynadığı Hollandiya təmsilçisində 286 matçda 64 qol vurub, 52 qolun ötürməsini verib.
Xatırladaq ki, "Qarabağ" APOEL səddini keçəcəyi təqdirdə, pley-off-da "Ayaks" - PAOK cütünün qalibi ilə qarşılaşacaq.