Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mehrinin sabiq rəhbəri həbs edildi

Mehrinin sabiq rəhbəri həbs edildi

Tarix: 13 Iyul 2021 14:42

Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin Mehri rayonunun keçmiş rəhbəri Mxitar Zakaryan 2 ay müddətinə həbs edilib. Bu barədə onun vəkili Yerem Sarkisyan "Facebook"da yazıb. Vəkil bundan əvvəl Zakaryanın həbsi zamanı hüquq-mühafizə orqanlarının qeyri-adekvat güc tətbiq etdiyini bildirib. Onun sözlərinə görə, müvəkkili özü polis şöbəsinə gəlib, heç bir təhlükə yaratmayıb. Bu səbəbdən vəkil polisin hərəkətlərini qanunsuz hesab edir.

"Standart ssenari... Məhkəmə Mxitar Zakaryanın həbsini qanunsuz olduğunu etiraf edir, ancaq onun barəsində 2 ay müddətinə həbs qərarı çıxardı", - Sarkisyan vurğulayıb.

Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, Zakaryan büdcədən vəsait mənimsəməkdə təqsirli bilinir.


Etiketlər:  Mehrinin sabiq rəhbəri həbs edildi


RƏYLƏR