Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2021 15:18
Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb.
Sonxeber.net bildirir ki, dənizdə batan şəxslərdən birinin meyitini dalğa dəniz sahilinə çıxarıb.
Digər şəxsin meyiti isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən dənizdən çıxarılıb.
Qeyd edək ki, ötən gün Sabunçu rayonu Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazisində iki nəfərin boğulması barəsində məlumat daxil olub. Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.