Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenskidən Putinin “qardaş xalqlar” replikasına cavab: “Bəli qardaşıq, amma Habillə Qabil kimi…”

Zelenskidən Putinin “qardaş xalqlar” replikasına cavab: “Bəli qardaşıq, amma Habillə Qabil kimi…”

Tarix: 13 Iyul 2021 16:56

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev rəhbərliyi  Vladimir Putinin məqaləsini oxuyub cavablandırmağı planlaşdırır.

"Adamın Ukrayna dilini bilməsi çox xoşdur".

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, o, bunu jurnalistlərlə "Ukrayna 30. Humanitar siyasət" konfransı çərçivəsində təşkil edilən söhbəti zamanı  söyləyib.

Zelenski məqaləni ətraflı öyrənmək imkanının olmadığını, amma bəzi məqamlarla tanış olduğunu və həmin məqamları  Rusiya Prezidenti ilə üz-üzə müzakirə etmək istədiyini qeyd edib.

"Ona gələcəkdə digər məqaləsində istifadə edə biləcəyi çoxlu materiallar təqdim edə bilərəm", - deyə Zelenski bildirib.

O həmçinin rus və Ukrayna xalqları arasındakı yaxınlığa dair tezisi də qiymətləndirib.

"Nədənsə faşizm üzərindəki qələbə haqda danışanda, on minlərlə ukraynalının həlak olduğu İkinci Dünya Müharibəsi xatırlananda unuduluruq, amma diğər məqamlarda yada düşürük və qardaş xalq adlandırılırıq. Mənə elə gəlir ki, bu, daha çox Qabillə  Habilin qardaşlığını xatırladan bir hekayədir",- deyə Ukrayna prezidenti qeyd edib.

Bir gün əvvəl Vladimir Putin "Ruslarla  ukraynalıların tarixi birliyi haqqında" adlı  məqalə dərc edib. Məqalədə qeyd edib ki,  2014-cü ildə Qərbin Ukraynanın daxili işlərinə birbaşa müdaxiləsindən sonra Kiyevin siyasətini radikal millətçilərin təcavüzkar rusofobiyası müəyyənləşdirməyə başlayıb. Prezident xalqlar arasında yaranan divarı böyük  fəlakət adlandırıb və Ukraynanın həqiqi suverenliyinin yalnız Rusiya ilə tərəfdaşlıqda mümkün olduğunu bildirib.

Milli.Az


Etiketlər:  Zelenskidən Putinin qardaş xalqlar replikasına cavab Bəli qardaşıq amma Habillə Qabil kimi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ