Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2021 08:54
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın avtomobil yollarında son vəziyyəti açıqlayıb.
Sonxeber.net xəbər verir ki, hazırda aşağıdakı yollarda sıxlıq müşahidə olunur:
1. Bakı - Sumqayıt şossesi - (Xırdalan dairəsinin tam yanından başlayaraq,bütün şosse boyunca,20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur);
2. Binəqədi şosesi - (Əsasən,Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər,Şəhər istiqamətində) sıxlıq;
3. Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq;
4. Qara Qarayev prospekti - (Koroğlu metro stansiyası istiqamətində) sıxlıq;
5. Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra,Heydər Əliyev prospekti istiqamətində) sıxlıq;
6. Mikayıl Əliyev küçəsi - (Heydər Əliyev prospekti - Köməkçi yol istiqamətində) sıxlıq;
7. Yavər Əliyev küçəsi - (Aeroport şossesinə çıxan yol) sıxlıq;
8. Həsən bəy Zərdabi prospekti - (20 Yanvar dairəsinə düşən hissəsi) sıxlıq.