Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2021 18:39
Türkiyədə xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Babayevdən xəbər var.
Sonxeber.net xəbər verir ki, xalq artistinin oğlu Yaşar Babayev teleqraf.com-a açıqlamasında atasının səhhətinin yaxşılaşdığını deyib:
"Atam yavaş-yavaş sağalır. 2 həftəyə Azərbaycana gələcək. İnsult keçirmişdi, çox sevinirik ki, müalicənin nəticəsi yaxşıdır. Sağ-salamat gələr inşallah".
Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib və Türkiyədə əməliyyat olunub. Onun 83 yaşı var.