Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 10:26
Saatlı rayonunda kənd sakinin tövləsini qəsdən yandıran şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, iyulun 11-də Saatlı rayonu Sımada kənd sakini B.Aslanova məxsus fərdi təsərrüfatda yanğın baş verib.
Hadisənin qəsdən törədildiyi məlum olub. Yanğını törətməkdə şübhəli bilinən Sabirabad rayonu Moranlı kənd sakini Valid Hüseynli saxlanılıb. Dindirilmə zamanı V.Hüseynli törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.