Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səhiyyə Nazirliyi Qurban bayramı ilə əlaqədar əhaliyə müraciət etdi

Səhiyyə Nazirliyi Qurban bayramı ilə əlaqədar əhaliyə müraciət etdi

Tarix: 15 Iyul 2021 18:18

"İnsanlar pandemiyanın bitməsini düşünməsin. Yoluxma halı bu gün elə də yüksək deyil. Bunu da uzunmüddətli qabaqlıyıcı tədbirlər nəticəsində əldə etmişik".

Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, Qurban bayramı zamanı kütləvi təmas halının olması qaçılmazdır:

"Belə olan halda sosial məsafə saxlanılmalı, maska taxılmalıdır. Bu gün mövcud olan peyvəndlərin hamısı yeni ştamlara qarşı effektivdir. Yay aylarında bayram günlərində vətəndaşları diqqətli və məsuliyyətli olmağa çağırıram".

Milli.Az


Etiketlər:  Səhiyyə Nazirliyi Qurban bayramı ilə əlaqədar əhaliyə müraciət etdi


RƏYLƏR