Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sumqayıt" yenə uduzdu

Tarix: 15 Iyul 2021 20:30

Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən "Sumqayıt" bu gün sonuncu yoxlama oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Rumıniya "Petrolul"u ilə qarşılaşıb. "Sumqayıt" bu oyunda 0:2 hesabı ilə məğlub olub.
 
Beləliklə, "Sumqayıt" 2021/22 mövsümü üçün təlim-məşq toplanışının ikinci mərhələsini də başa vuraraq sabah vətənə qayıdacaq.
 
Xatırladaq ki, "Sumqayıt" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha öncə keçirdiyi sınaq matçlarından da məğlub ayrılmışdı. Abbasovun komandası "Keçiörengücü" ilə "Qaziantep"ə 1:2, "Sivasspor"a isə 0:2 hesabıyla uduzmuşdu.

Milli.Az


Etiketlər:  Sumqayıt yenə uduzdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ