Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eşq iddialarını yalanladı

Eşq iddialarını yalanladı

Tarix: 15 Iyul 2021 23:06

"Masumlar apartmanı" serialında rol alan aktyor Uğur Uzunel həmkarı Merve Dizdarla aralarında münasibətin olduğu iddialarını yalanlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu yaxınlarda boşanan Merve Dizdarın keçmiş həyat yoldaşı Gürhan Altundaşarın adı da xəyanətdə hallanıb. Bunun ardından Merve "Nə Gürhan, nə də mən bir-birimizi aldatmışıq" sözləri ilə şaiyələri sonlandırmağa çalışıb.

Uğur Uzunel də mövzu ilə bağlı açıqlama verərək Merve ilə dost olduqlarına diqqət çəkib:

"Merve mənim əziz dostumdur. Bu məsələ bağlansa, yaxşı olar, ayıbdır. Mervenin vəziyyəti nədir bilmirəm. Bu mövzulardan danışmağa dəyməz, mənimlə əlaqəli deyil".

Milli.Az


Etiketlər:  Eşq iddialarını yalanladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ