Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəffaf sürət qatarı layihəsi təqdim olunub

Şəffaf sürət qatarı layihəsi təqdim olunub

Tarix: 15 Iyul 2021 23:52

Fransız dizayner Tyerri Qoqen yeni sürət qatarının layihəsini təqdim edib.

CNN məlumat verir ki, şəxsi qatar şüşədən hazırlanacaq. Onun dəyəti isə 350 milyon dollar olacaq.

Dizaynerin sözlərinə görə, layihənin reallaşması üçün 2.5 il vaxt lazımdır.

Qatarın uzunluğu 400 metrdir. O, 14 vaqondan ibarətdir. Saatda 160 km sürətlə hərəkət edəcək qatar 18 nəfər sərnişin üçün nəzərdə tutulub.

Yeni sürət qatarı lüks interyerə malik olacaq. Onun vaqonlarında hətta meyvə bağlarına da yer ayrılacaq.

Milli.Az


Etiketlər:  Şəffaf sürət qatarı layihəsi təqdim olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ