Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2021 07:18
Bakıda azyaşlı yıxılaraq ağır xəsarət alıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 2019-cu il təvəllüdlü Abdinov Zeynal Anar oğlu ehtiyatsızlıqdan yaşadığı binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb.
Körpə təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona qapalı kəllə-beyin və bədəninin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Komatoz vəziyyət müşahidə olunur.