Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş həyat yoldaşı onu təhdid etdi

Keçmiş həyat yoldaşı onu təhdid etdi

Tarix: 16 Iyul 2021 09:35

Türkiyəli müğənni Güldeni keçmiş həyat yoldaşı Ercan Mutlu təhdid edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni yutub hesabında  yeni mahnısını izləyiciləri ilə bölüşüb. Bu zaman videonun şərh bölməsinə keçmiş həyat yoldaşı təcavüz və təhdid dolu şərhlər yazmağa başlayıb.

"Bir cüt ayaqqabı ilə Londona gəldiyi vaxtları və onu kimin adam etdiyini unudub. Səni necə yaratdımsa, elə də məhv edəcəyəm", "Bacıma bir daha uşağı görə bilməyəcəyimi demisən. Dünyanın neçə bucaq olduğunu sənə göstərəcəyəm" deyə, Ercan Güldenin ünvanına yazıb.

Uzun müddətdir Ercanla problem yaşayan müğənninin onun haqqında uzaqlaşdırma qərarı çıxartdırdığı məlum olub.

Qeyd edək ki, cütlük 3 il əvvəl boşanıb. Onların bu evlilikdən bir qız övladı olub.


Etiketlər:  Keçmiş həyat yoldaşı təhdid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ