Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Agenti Zubiri almaqdan imtina edən APOEL-ə bu sözlərlə sataşdı

Agenti Zubiri almaqdan imtina edən APOEL-ə bu sözlərlə sataşdı

Tarix: 10 Avqust 2019 13:16

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirin agenti Sem Nordin özünün Feysbuk səhifəsində “Qarabağ”ın APOEL-ə vurduğu ikinci qolun videosunu paylaşıb.

Qol.az xəbər verir ki, həmin qolun ötürməsini məhz Zubir edib. Sem Nordin videoya yazdığı sözlərdə isə APOEL-ə söz atıb: “Bu, ağrılıdır”.

Kipr mətbuatı yazır ki, Nordin bununla bir neçə il əvvəl Zubiri almaqdan imtina edən APOEL-ə sataşıb.

Xatırladaq ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində APOEL-lə “Qarabağ”ın Kiprdəki görüşündə Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib. Bu komandaların cavab oyunu avqustun 13-ü Bakıda keçiriləcək.


 


Etiketlər:  Agenti Zubiri almaqdan imtina edən APOEL sözlərlə sataşdı


RƏYLƏR