Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2021 17:38
Əfqanıstan hökumətini təmsil edən nümayəndə heyəti və "Taliban" hərəkatının nümayəndə heyəti arasında görüş keçiriləcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, görüş bu gün Doha şəhərində baş tutacaq.
Məlumata əsasən, tərəflər görüş zamanı keçid hökumətinin yaradılması, əsirlərin mübadiləsi və atəşin dayandırılması kimi məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, Əfqanıstandaxili danışıqlar keçən ilin sentyabr ayında Qətərdə başlayıb. Lakin tərəflər hökumət qüvvələri və "Taliban" hərəkatı arasında atəşin dayandırılması kimi vacib məsələlər barədə razılığa gələ bilmirlər.