Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yol qəzasında 1 yaşlı körpə ağır yaralandı

Bakıda yol qəzasında 1 yaşlı körpə ağır yaralandı

Tarix: 17 Iyul 2021 23:12

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Rayonun Bilgəh qəsəbəsində yerləşən çimərlik ərazisində iki avtomobil toqquşması nəticəsində avtomobildə olan sərnişin 2020-ci il təvəllüdlü Qurbanova Rüqəyya Tərlan qızı xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır


Etiketlər:  Bakıda qəzasında yaşlı körpə ağır yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ