Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2021 18:34
Almaniya millisinin və "Bavariya"nın sabiq futbolçusu Lotar Matteyis İngiltərənin Avro-2020-nin finalında İtaliyaya uduzması (əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 2:3) haqda danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o İngiltərə yığmasının məğlubiyyətinə sevindiyini etiraf edib:
"İngiltərəli azarkeşlər yarış zamanı bütün rəqiblərə pis münasibət göstərdilər. Hətta finalda öz oyunçularına belə irqçi ifadələr dedilər. Belə davranışları görmək istəmərik. Bağışlayın, amma siz bu məğlubiyyətə, travmaya layiqsiniz".