Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstandan həyəcan - Koronavirus uşaqlar arasında sürətlə yayılır

Qazaxıstandan həyəcan - Koronavirus uşaqlar arasında sürətlə yayılır

Tarix: 18 Iyul 2021 19:14

Qazaxıstanda uşaqlar arasında COVID-19-a yoluxma halları artmaqdadır.

"Sputnik Qazaxıstan" bu barədə tibb elmləri doktoru, yüksək kateqoriyalı pediatr Sagira Abdraxmanovanın açıqlamasına istinadla xəbər yayıb.

"Bu gün çox həyəcanverici bir vəziyyət yaranıb. Dünyada uşaqlar arasında xəstəliyə yoluxma nisbəti yüksəkdir və təəssüf ki, biz də geri qalmırıq. Təkcə bu gün təxminən 38 min uşaq qeydiyyata alındı", - deyə o bildirib.

Eyni zamanda, Abdraxmanova qeyd edib ki, 2021-ci ilin əvvəlindən 31 572 uşaqda COVID-19 aşkarlanıb.

"Məhz son bir ayda çox sayda uşaq xəstələnməyə başladı", - deyə o, uşaqların təxminən 50 %-nin xəstəliyi simptomsuz keçirdiyini vurğulayıb.

Həkimin sözlərinə görə, kəskin infeksiya baş verməsinin əsas səbəbi uşaqların maskasız qalması və bir-biriləri ilə sıx təmasda olması ilə əlaqədardır. Bundan əlavə, yeni ştammlar immunitet sistemini "aldatmaq" qabiliyyətinə malikdir. Belə ki, immun hüceyrələr infeksiyanı vaxtında aşkar edə bilmir və bu səbəbdən onun mübarizə aparmaq qabiliyyətini itirir. /medicina.az


Etiketlər:  Qazaxıstandan həyəcan Koronavirus uşaqlar arasında sürətlə yayılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ