Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bina tikintisi ilə məşğul olan şəxslərin vergi öhdəliyi hansılardır?

Bina tikintisi ilə məşğul olan şəxslərin vergi öhdəliyi hansılardır?

Tarix: 18 Iyul 2021 23:04

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr ƏDV-dən azaddır.

Sözügedən fəaliyyətlə ilə məşğul olan şəxslərin inşa etdiyi binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir.


Etiketlər:  Bina tikintisi ilə məşğul olan şəxslərin vergi öhdəliyi hansılardır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ