Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2021 22:44
Türkiyənin Trabzon şəhərində bu gün iyulun 20-də Qurban bayramı münasibətilə qurbanlıq heyvanların kəsimi zamanı aralarında bələdiyyə başqanı da olmaqla 127 nəfər yaralanıb.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, yaralananlar hamısı qurbanlıq heyvanları özləri kəsmək istəyənlərdir, yəni naşı qəssablardır. Onlar müxtəlif xəsarətlər alıblar və xəstəxanalara müraciət ediblər.
Trabzonun Körpübaşı bələdiyyə başqanı Ali Aydın da qurban kəsərkən yaralanıb. Qolundan yaralanan Aydın rayon xəstəxanasına aparılıb, yarası sarındıqdan sonra evə buraxılıb.
Qurban kəsərkən yaralananlardan biri Selahettin Gardaş bildirib ki, onun biləyini dostu kəsib: "Qurbanımızı kəsmək üçün səhər saatlarında hazırlıq gördük. Qurbanlığı tuturdum, dostum kəsrdi. Bu sırada heyvan qaçmağa çalışdı, dostum mənim əlimi kəsdi. Gips qoydular, damarlarım zədələnibmiş. Diqqətsizlikdən oldu. Xəstəxanaya müraciət etdim, eşitdim yaralananlar çox olub".