Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2021 09:34
Haiti prezidenti Jovenel Moizin sui-qəsd yolu ilə öldürülməsinə görə həbs olunanların sayı 26 nəfərə çatıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Haiti Milli polisinin rəhbəri Leon Şarl mətbuat konfransında açıqlama verib.
"Respublika prezidenti Jovenel Moizin qətlinin istintaqı ilə əlaqədar daha üç nəfər tutulub", - deyə qurum rəsmisi bildirib.
Onun sözlərinə görə, tutulanların arasında polis məmurları da var, daha 7 polis əməkdaşı isə təcridxanaya yerləşdirilib, ancaq onların həbsi barədə hələlik söhbət getmir.
Qeyd edək ki, bundan əvvəl sui-qəsdə görə cinayətkar qrupun 23 üzvünün tutulması barədə məlumat verilmişdi.