Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində sel su bəndini dağıtdı - 100 min sakin təxliyə olundu

Çində sel su bəndini dağıtdı - 100 min sakin təxliyə olundu

Tarix: 21 Iyul 2021 18:02

Çinin Çjençjou şəhərində güclü sel (Henan əyalətinin inzibati mərkəzi) Qotszyaszyu su anbarında bəndin dağılmasına səbəb oldu.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, əyalət rəhbərliyi fövqəladə vəziyyətlə əlaqədar birinci səviyyəli reaksiya tədbirləri görüb, ÇXR Fövqəladə Hallar Nazirliyi milli təhlükə səviyyəsini üçüncü səviyyədən ikinciyə qaldırıb.

"Güclü yağışlar səbəbindən Çjençjou şəhərinin Ersi bölgəsindəki Qotszyaszyu su anbarında suyun səviyyəsi sürətlə artıb. 21 iyulda yerli vaxtla saat 01:30-da (Bakı vaxtı ilə 20 iyul 21:30-da) bənd dağılıb. Tszyaluhe, İhe və digər çaylarda təhlükəli vəziyyət yaranıb və daşqına qarşı mübarizə tədbirləri son dərəcə ciddi olmalıdır", - deyə məlumatda qeyd olunub.

Şəhərdə daşqın səbəbindən təxminən 100 min sakin təxliyə olunub. Təcili yardım xidmətlərinə Çin Xalq Qurtuluş Ordusu və daxili qoşunların təxminən 2 min hərbçisi, 6,8 min xilasedici və 1,4 min ədəd texnika göndərilib.

Meteoroloqların fikrincə, Çjençjouda illik yağış miqdarı təqribən 640,8 mm-dir, lakin son üç gündə bu göstərici artıb. Yerli icra orqanları sakinləri ehtiyac olmadığı halda evlərini tərk etməməyə çağırıb. Şəhərin əhalisi təxminən 12,6 milyon nəfərdir.


Etiketlər:  Çində bəndini dağıtdı sakin təxliyə olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ