Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özilin evi yaxınlığında iki şübhəli tutuldu

Özilin evi yaxınlığında iki şübhəli tutuldu

Tarix: 11 Avqust 2019 10:24

“Arsenal”ın futbolçusu Mesut Özilin evinin yaxınlığında iki nəfər şübhəli şəxs tutulub.

Qol.az goal.com-a istinadən xəbər verir ki, İngiltərə polisi məlumatı təsdiqləyib. Bildirilib ki, Ferhat Ercan və Salaman Ekinci adlı bu şəxslər gələn ay məhkəmə qarşısına çıxarılacaq.

Xatırladaq ki, bir müddət əvvəl Özil Londonda, iddia edildiyinə görə, qarət məqsədilə bıçaqlı hücuma məruz qalıb. Amma o, xəsarət almayıb.Bundan sonra “Arsenal” klubu açıqlama yayaraq Özilin və həmin vaxt onunla birgə olan Sead Kolaşinaçın “Nyuskal”la Premyer Liqanın birinci turunda oynamayacağını bildirib.

 

 


Etiketlər:  Özilin yaxınlığında şübhəli tutuldu


RƏYLƏR