Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tokio-2020: Açılış mərasimində 950 qonaq olacaq

Tokio-2020: Açılış mərasimində 950 qonaq olacaq

Tarix: 22 Iyul 2021 16:54

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək qonaqların sayı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu Təşkilat Komitəsinin sədri Hidemasa Nakamura məlumat verib.

Samoa yığması Tokio-2020-də ölkə xaricində yaşayan idmançılarla təmsil olunacaq
Tokio-2020: Rüstəm Orucovla birlikdə Fəridə Əzizova da bayraqdar olacaq
ABŞ gimnastı Olimpiada öncəsi koronavirusa yoluxub

O bildirib ki, sabahkı tədbirdə 950 nəfər rəsmi şəxs iştirak edəcək. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirə yalnız VİP-qonaqlar buraxılacaq. Bunlar sponsorlar, diplomatlar və Beynəlxalq Olimpiya Komitəsinin üzvləridir.

Qurum rəsmisi açılışda iştirak edəcək idmançıların sayını dəqiq deyə bilməyib. O bildirib ki, paradda tibbi maskalardan istifadə olunacaq və sosial məsafəyə riayət ediləcək.

Milli.Az


Etiketlər:  Tokio 2020 Açılış mərasimində 950 qonaq olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ