Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2019 12:36
Bakı. Trend:
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
Trend-in məlumatına görə, V. Putin qeyd edib ki, müsəlman təşkilatlarının Rusiyada millətlər və dinlərarası dialoqun dəstəklənməsində hökumət və ictimai institutlarla əməkdaşlığının xeyli dəyərlidir.
Rusiyanın dövlət başçısı: “Rusiyada yaşayan müsəlmanları Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin