Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2021 19:20
Kocaelidə (Türkiyə) nişanlısının ondan imtina etdiyi qərarını qəbul edə bilməyən gənc qız özünü dənizə atıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, intihara cəhd edən qızın ardınca oğlan da suya atılıb. Üzməyi bacarmayan hər iki gənci həmin vaxt çimərlikdə olan bir xilasedici və bir vətəndaş xilas edib. Məlumata görə, 23 yaşlı Emre Y. və 23 yaşlı nişanlısı Cansu Ü. Seka Parkda görüşdükdən sonra söhbət ediblər. Bu zaman Emre Y. ayrılma qərarını açıqladıqdan sonra bundan şok keçirən qız sahildəki kafelərdə oturan yüzlərlə insanın gözü qarşısında özünü suya atılraq intihara cəhd edib.
Kamran Seyidov