Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda oğurluq edən ''patı'' istifadəçisi binanın komendantını bıçaqladı - FOTO

Bakıda oğurluq edən ''patı'' istifadəçisi binanın komendantını bıçaqladı - FOTO

Tarix: 24 Iyul 2021 23:20

Paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında oğurluq hadisəsi baş verib. 

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə dünən saat 11.00 radələrində olub. Narkotik maddə sayılan "patı" istifadəçisi olduğu deyilən şəxsin binaya daxil olaraq elektrik naqillərini oğurladığı müəyyən edilib. 

Binanın komendantı Faiq Qurbanovun müqaviməti ilə rastlaşan həmin şəxs komendanta bıçaqla hücum edərək qaça bilib. 

Hadisə müşahidə kameraları vasitəsilə qeydə alınıb. 

Qeyd edək ki, bina sakinləri bu tip oğurluq hadisələrinin tez-tez baş verdiyini bildirirlər.


Etiketlər:  Bakıda oğurluq edən patı istifadəçisi binanın komendantını bıçaqladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ