Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdəbildə milli fəal tutuldu

Ərdəbildə milli fəal tutuldu

Tarix: 27 Iyul 2021 11:30

İran hakimiyyətinin Güney Azərbaycan şəhərlərində azərbaycanlı milli fəalalra qarşı represiya siyasəti artmaqdadır.

Sonxeber.net bildirir ki, dünən Ərdəbil şəhərindən olan Pərviz Siyabi İranın əmniyət orqanları tərəfindən yaxalnıb.

Fəalın hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat yoxdur.

Azərbaycanlı fəalın iyulun 24-də keçirilən əl-Əhvaz etirazlarına dəstəklə bağlı yaxalanması ehtimal edilir.

Qeyd edək ki, Pərviz Siyabi bundan öncə 2020-ci il oktyabrın 18-də Qarabağın azadlığı uğrunda aparılan hərbi əməliyyatlar zamanı İranın Ermənistana nizami yardım etməsinə etiraz olaraq Ərdəbiln Ciral parkında keçirilən etirazlarda iştirak etdiyinə görə həbs olunmuşdu.

Milli fəal daha sonra 500 milyon tümən girov qarşılığında zaminə buraxılıb.
 


Etiketlər:  Ərdəbildə milli fəal tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ