Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meydanda dava salan erməni futbolçu dərhal oyundan çıxarıldı

Meydanda dava salan erməni futbolçu dərhal oyundan çıxarıldı

Tarix: 29 Iyul 2021 19:06

İtaliyanın "Roma" klubunun erməni futbolçusu Henrik Mxitaryan "Porto" ilə qarşılaşmada qalmaqal yaradıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Sputnik Ermənistan" Mxitaryanın "Roma" və "Porto" arasında keçirilən yoldaşlıq oyununda dava salmasının görüntülərini yayıb.

Belə ki, "Porto"nun müdafiəçisi Pepenin müdaxiləsindən sonra yerə yıxılan erməni futbolçu əsəblərini cilovlaya bilməyib. Dərhal meydanda qarışıqlıq yaranıb və hər iki komandanın ehtiyat futbolçuları belə meydana daxil olub. Erməni futbolçunu çətinliklə sakitləşdirməyə nail olublar.

Maraqlıdır ki, Mxitaryan Pepenin kobud oynadığını iddia etsə də, hakim sözügedən epizodda yalnız erməni futbolçuya sari vərəqə göstərib. Bundan sonra "Roma"nın baş məşqçisi Joze Mourinyu dərhal Mxitaryanı əvəzləyib.

Milli.Az


Etiketlər:  Meydanda dava salan erməni futbolçu dərhal oyundan çıxarıldı


RƏYLƏR