Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kyellini "Yuventus"la bağlı qərarını açıqladı

Kyellini

Tarix: 29 Iyul 2021 20:44

Corcio Kyellini "Yuventus"la başa çatan müqaviləsini yenilyəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi bunu "Football Italia"ya açıqlamasında özü deyib.

"İsirahət etmək və ötən ayın sevincini yaşamaq üçün bir neçə günə ehtiyacım var. Amma bazar ertəsi Turində olacağam və yenidən işə başlayacağım üçün xoşbəxtəm. Daha bir neçə kubok qazanmaq istəyirəm. İdman aclığı hiss edirəm. İtaliya çempionu nişanı olmadan "Yuventus" forması geyinmək əlavə motivasiyadır" - deyə Kyellini bildirib.

Qeyd edək ki, 2005-ci ildən "Yuventus"da çıxış edən təcrübəli futbolçunun Turin kubu ilə müqaviləsi iyunun 30-da başa çatıb. Onun adı bir neçə klubla hallanırdı.

Milli.Az


Etiketlər:  Kyellini Yuventusla bağlı qərarını açıqladı


RƏYLƏR