Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Soyuqqanlı və soyuq insanlar

Soyuqqanlı və soyuq insanlar

Tarix: 31 Iyul 2021 07:24

Cəmiyyətdə soyuqqanlı adamlarla tez-tez rastlaşırıq. Bu cür antipatiyaya sahib insanlar lap yaxınlığımızda olduqda isə bizim həyatımız daha da çətinləşir. Bu cür insanlarla hər gün qarşılaşmaq, onunla eyni yerdə işləmək və ya bir süfrədə oturmaq heç də xoş olan bir şey deyil. Bəs onlarla üz-üzə gəlməmənin bir yolu varmı?
Belə adamlarla qarşılaşmamaq üçün soyuqqanlı insanların hansı xüsusiyyətə sahib olmalarını bilmək lazımdır. Belə insanlarla davranmanın yollarını və onların xüsusiyyətləri barədə Etilər Psixotexnik Danışma Mərkəsinin psixoloqu Sinəm Öztep Kuruoğlu aşağıdakıları qeyd etmişdir:
Soyuqqanlı adamlar istəsələr də özlərini yumşaq apara bilməzlər. Biz insanlar başımızaa gələn hadisələrdən dolayı kimlərəsə qarşı isti və ya soyuq münasibətdə oluruq. Soyuqqanlı insanlar isə həmişə olduqları kimi olurlar. Bu cür insanlar ətrafdakılardan məsafəli, uzaq gəzir, heç kimə qaynayıb qarışmır, ciddi görünür və duyğularını bəlli etməyən insanlardır. Bu psixatriyada bəzi xəstəliklərin əlamətləri kimi qeyd olunur. Adətən bu depressiya vəziyyətində olan adamlarda müşayiət olunur. Psixatriyada bu tip adamları şizoid adlandırılırlar.
Şizoid adamlar tənhalığa üstünlük verən adamlardırlar. Onların öz dünyaları, öz xəyalları olur və xəyallarına  ətraf mühitdən çox meyl göstərirlər. Başqaları ilə birlikdə olmaq, özünə dost qazanmaq hissi belə adamlarda olmur. Onlar özləri özlərinə bəs edir.
Əlamətlərin peyda olduğu ilk 3 il ərzində həkimə müraciət etdikdə xəstəliyi sağaltmaq mümkündür.
Psixatristlər bu vəziyyətin vərdiş edilmiş bir davranış olduğunu qiymətləndirirlər. Normada insanlar hiss edır, düşünür və ona uyğun davranış tərzi əks etdirirlər. Belə insanlarda isə sevinc, kədər, həyəcan və başqa bu kimi hisslər özünü biruzə vermir. Sizin dediyiniz sözə, başınıza gələn hadisəyə belə adamlar heç bir reaksiya vermir. Bu cür insanlar cəmiyyətə qaynaşıb-qarışmaq istəmir. Çünki ətraf çevrə onları tez yorur.
Şizoid insanlar istənilən sahələrdə irəliləmə əldə edə bilirlər. Həm elmdə, həm də sənətdə irəliləmək onlar üçün problem deyil. Lakin gördükləri işi sakitliyə çəkilib, tək halda həyata keçirməyə üstünlük verirlər.
Yuxarıda saydığımız əlamətlər uzun illər davam etdikdə, xəstəlik müalicəyə tabe olmur. Xəstələrin özləri də müalicəyə meyilli olmurlar. Çünki şizoidlər heç kimə zərər vermirlər və hallarından məmundurlar.

Milli.Az


Etiketlər:  Soyuqqanlı soyuq insanlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ