Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan sərhədə əlavə qüvvələr gətirmək istəyir

Ermənistan sərhədə əlavə qüvvələr gətirmək istəyir

Tarix: 31 Iyul 2021 10:00

"Ermənistan 30 il idi ki bizim torpaqları işğal altında saxlayırdı, sərhədlərimizi pozurdular, yollar çəkirdilər, mədənlər salırdılar, elektrik və su xəttləri çəkirdilər. İndi bunların hamısının qarşısı alınıb, biz artıq sərhədlərimizi müəyyənləşdiririk".

Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, nə vaxta qədər ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamayacaq, atəşksəin pozulması halları da davam edəcək:

"Ermənilər Azərbaycanın öz haqqı olan özünə qaytarmasına alışmayıblar. Paşinyan da erməni cəmiyyətinə göstərmək istəyir ki, güya müqavimət göstərirlər. Ona görə atəşkəsi pozurlar.

Ermənistanın son zamanlar atəşkəsi pozması hallarının intensivləşməsinin bir başqa məqsədi də odur ki, sərhəddə üçüncü dövlətin qoşunlarını yerləşdirsin. Görürlər ki, Rusiya bu istəyə müsbət cavab vermir. Çünki Rusiya da anlayır ki, sərhəd ikitərəfli əsaslarla müəyyənləşməlidir. Paşinyan indi də Fransa və Amerikanı məsələyə qatmaq istəyir. Ona görə də vəziyyəti gərginləşdirir, atəşkəsi pozur ki, böyük dövlətlər reaksiya versinlər və gəlib Ermənistanı Azərbaycandan "qorusunlar". Amma bu mümkün deyil, çünki söhbət sərhəddin müəyyənləşdirilməsindən gedir. Nə vaxta qədər ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamayacaq, nə vaxta qədər ki, delimitasiya və demarkasiya işləri aparılmayacaq, çox təəssüf ki, atəşksəin pozulması halları da davam edəcək".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənistan sərhədə əlavə qüvvələr gətirmək istəyir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR