Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2021 09:12
Fransada şənbə günü məcburi peyvəndə və karantin rejiminə qarşı etiraz aksiyalarında 19 nəfər saxlanılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanen "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, onlardan 10-u Parisdə, 9-u isə digər bölgələrdə saxlanılıb.
Polisə və jandarma əməkdaşlarına fədakar xidmətlərinə görə minnətdarlığını ifadə edən Darmanen nümayiş zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olduğunu vurğulayıb. Qeyd edib ki, qarşıdurma zamanı 3 polis əməkdaşı yaralanıb.
Polisin məlumatına görə, Parisdə 14,2 min nəfər, ölkənin digər bölgələrində isə ümumilikdə 204 min nəfər iştirak edib.