Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2021 17:30
"İnter" futbolçusu Lautaro Martinezi komandadan buraxmaq istəmir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb. Milan təmsilçisi "Atletiko"nun 23 yaşlı hücumçu üçün göndərdiyi transfer təklifini də rədd edib. Madrid klubu Lautaroya görə qarşı tərəfə 40 milyon avro + 10 milyon avro bonus ödəməyə hazır olduğunu bildirib. Lakin "İnter" bunu qəbul etməyib. Klub oyunçu üçün 80-90 milyon avro tələb edir.
Qeyd edək ki, Martines 2018-ci ildən "İnter"də oynayır.