Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2021 22:56
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 96 nəfər həyatını itirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 251 224 nəfər test edilib, onların 20 890-nın koronavirus testi pozitiv nəticə verib, 5539 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 73 371 228 nəfərə peyvənd tətbiq edilib.