Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Jirinovskini sayıqladan səbəb?

Jirinovskini sayıqladan səbəb?

Tarix: 2 Avqust 2021 09:40

Tək postsovet məkanında deyil, elə öz ölkəsində də qeyri-ciddi bir fiqur kimi qəbul edilən Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jurunovski növbəti dəfə sərsəm fikirləri ilə gündəmə gəlməyə çalışıb. Lakin, yenə də özünü gülüş obyektinə çevirib. Bütün siyasi karyerası boyu siyasi sifarişlər yerinə yetirən bu şəxs son bəyanatında səsləndirdiyi fikirlərlə yenə özünü biabır edib. Adam dəfələrlə Azərbaycanla bağlı, həm dövlət olaraq, həm xalq olaraq, həm də iqtidar olaraq bəzən təzadli, bəzən də təhqiramiz fikirlər səsləndirib. Arada sərsəmləyərək hətta Qarabağı Rusiyaya birləşdirib, Azərbaycanı Rusiyanın quberniyasına çevirib. Sifarişlər yerinə yetirməklə pul qazanan bu şəxs ləyaqətini itirmiş biri olduğu göz önündədir. Adam dəfələrlə müxtəlif beynəlxalq tədbirlərdə Prezident İlham Əliyevin arxasınca, yalı kəsilmiş tula kimi, "İlxam Qeydaroviç" qışqıra-qışqıra qaçdığını əks etdirən kadrlar internetdə geniş yayıldığı halda, birdən-birə belə hədyanlar yağdırmasının səbəbi də kimlərdənsə tula payı almaqdır. Dəfələrlə şahidi olmuşuq ki, gündəmdən düşən kimi, sərsəm və axmaq fikirləri ilə məşhurlaşmağa çalışıb. Hər dəfə də dərhal dediyi sözü təkzib edib. İçkinin təsiri altında verilən bəyanatların günahkarı qimsində isə jurnalistləri ittiham edib.

Əlbətdə, Azərbaycan türk düşməni olan bu məxluqun varlığını unutmalıdır. Rus ictimai-siyasi xadimləri, ziyalıları, başqa xalqları aşağılayan bu murdar məxluqun cavabını verməlidir. İki dövlət arasında, onun prezidentləri arasında münasibətlər göz önündədir. Belə olan halda bu şərəfsiz nədən belə bir bəyanatlara yol versin? Təbii ki, aldıqlarının doğrultmaq. Əlbətdəki, onun ürəkbulandıran çıxışlarını dinləməkdənsə, unutmalıyıq. Qeyri-ciddiliyi, və başdan xarab biri kimi seçilən bu şəxs artıq bir neçə ölkəyə atom bombası atıb, bir neçə ölkəni işğal edib, bir neçə ölkədə çevrilişlər edib və sonunda anlaşılıb ki, bir cizgi filminin qəhrəmanının cızılmış süjet xətti üzrə hərəkətindən başqa bir şey baş verməyib.

Bir işğalçı-faşist zehniyyəti ilə ədəbsiz formada Azərbaycana xəbərdarlıq edən bu cizgi filminin qəhrəmanı hələ də anlamır ki, məhz İlham Əliyevin liderliyi altında Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz torpaqlarını vaxtaşırı Jirinovskini yemləyən erməni vəhşilərinin işğalından azad etdi.

Jirinovski və ona bənzərlər unutmamalıdır ki, artıq bər hansı qüvvə Azərbaycan xalqının bundan sonrakı birlik modelini pozmaq iqtidarında deyil. Bu cür üslubda Azərbaycana hədə göndərənlər anlamalıdırlar ki, müstəqillik bu millətin qırmızı xəttidir və ona əl uzadan hər hansı bir ölkənin əsgərinin dəbilqəsinin altı boş qalar. Necə ki, erməni əsgərlərinin durumu Jirinovskinin də gözünün önündədir.

Azər Nuriyev
Milli.Az


Etiketlər:  Jirinovskini sayıqladan səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ