Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2019 09:36
Bakı. Trend:
Qırğızıstanda bu ilin əvvəlindən 302 nəfər epidemik parotit (qulaqdibi) xəstəliyinə yoluxub.
Trend-in məlumatına görə, ötən il eyni müddət ərzində yalnız 64 yoluxma halı qeydə alınmışdı.
Bişkek Sanitar-Epidemiologiya Nəzarət Xidmətinin hesabatında deyilir ki, bu xəstəliyə yoluxmanın artmasına səbəb peyvənd olunan şəxslərin sayının azalmasıdır.
Qeyd olunur ki, parotitə yoluxanların 71 faizdən çoxu peyvənd olunmamış şəxslərdir.
Hesabatda o da vurğulanır ki, ölkədə hər il peyvəndlərdən imtina halları artır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin