Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2021 02:03
Kofe(ərəb.qəhvə - coşduran içki)spirtsiz, tonuslandırıcı içkidir. Kofe qovrulmuş kofe dənələrindən hazırlanır. Kofe istisevər bitkidir. Onu isti ölkələrdə plantasiyalarda yetişdirirlər. Kofe dənənləri kofe ağacından toplanır. Kofe Avropa ölkələrinə Afrikadan sürgün olunan insanların hesabına gəlmiş və şöhrət tapmışdır. Fransa kralı kofeni çox sevdiyinə görə onun çoxlu miqdarda becərilməsinə əmr vermişdir. Braziliyada, Kosta Rikada, Cənubi Hindistanda, Yava adalarında, Yamaykada, Kubada onun kütləvi surətdə yetişdirilməsi ilə məşğul olunub. İndi isə bu ölkələrin siyahısına Kolumbiya, İndoneziya, Vyetnam, Hindistan, Meksika, Efiopiya və s. ölkələri də əlavə edilib.
Kofenin əldə edilməsi prosesi aşağıdakı qaydada baş verir.
* Kofe meyvələri əllə toplanır.
* Meyvələrin çəyirdəyi təmizlənir və yüksək təzyiqli su ilə yuyulur.
* Kofe dənələri qurudulur. Onlar günəş şüaları altında 15-20 gün ərzində qurudulur. İdeal şəraitdə qurudulan kofe dənələrində 10-12% nəmlik qalır.
* Kofe dənələri ölçülərinə görə seçilir və fərqli torbalara yığılır.
* Kofe dənələri dequstasiyadan keçirilir.
* Kofe dənələri qovrulur. Ən tünd kofe ekspressonun hazırlanması zamanı istifadə edilir.
Kofenin bir çox faydalı xüsusiyyətləri vardır. Onun tərkibində 1200-dən çox kimyəvi birləşmələr var. Onlarda 800 dadlı və ətirlidir. Kofenin tərkibində 20 növ amin turşusu, PP, B1, B2 vitaminləri, kalsium, maqnium, natrium, kalium, fosfor, dəmir və s. var.
Kofe güclü sidikqovucu təsirə malikdir. Bu səbəbdən də onu içərkən su balasını nəzarət altında saxlamaq lazımdır. Kofe içərkən gün ərzində adi su qəbul etmək lazımdır. Kofe bağırsaqları yumşaltmaq qabiliyyətinə malikdir. Kofe tonuslandırıcı içkilərdəndir, o insana güc, gümrahlıq verir,yaddaşı möhkəmləndirir və diqqət dağınıqlığını aradan qaldırır. Kofenin tərkibində olan kofein baş ağrılarını aradan qaldırır, miqren və təzyiqin aşağı olduğu zamanlarda çox faydalıdır.
Hər gün kofe içmək şəkərli diabetin əmələ gəlmə riskini aradan qaldırır, insulin asılılığı səbəbindən meydana çıxan patologiyaları aradan qaldırır. Kofenin tərkibində olan bəzi maddələr qaraciyər toxumasının yaxşılaşmasına, sirroz riskinin, depressiyanın aradan qalxmasına səbəb olur.
Kosmetologiyada kofedən geniş istifadə edilir.Üyüdülmüş kofe dəridə skrab rolunu oynayır. Onunla dərini silmək xırda damarlara qanın axınını sürətləndirir, dərini tonuslandırır, dəridəki maddələr mübadiləsini yaxşılaşdırır. Kofe qaynadıılmış su ilə saçları yaxalamaq onların rənginin tündləşməsinə səbəb olur.
Kofenin zərərli xüsusiyyətləri
Hazırlanma texnologiyasından asılı olaraq ekpresso kofesi qanda xolesterinin və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb olur. Gün ərzində 4-6 və daha çox miqdarda kofe içmək orqanizmdən kalsiumun sorulmasının qarşısını alır və sümükləri kövrəkləşdirir. Çoxlu miqdarda kofe içmək yuxusuzluğa, baş ağrılarına, təzyiqin artmasına və taxikardiyaya səbəb olur.
Azyaşlıların kofe içməsi onlarda diqqət dağınıqlığına, əsəbi və fiziki gərginliyə səbəb olur.