Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur türk aktyor özünü alovun içinə atdı

Məşhur türk aktyor özünü alovun içinə atdı

Tarix: 4 Avqust 2021 17:10

Aktyor İbrahim Çelikkol Milasda meşə yanğınları ilə mübarizə aparan heyətə dəstək olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor Örendəki istilik elektrik stansiyasına doğru irəliləyən yanğını dayandırmaq üçün xortumla alovları söndürüb.

Hadisə yerindən görüntülər paylaşan müğənni Mustafa Sandal İbrahim Çelikkol və Onur Yılmaza etdikləri fədəkarlığa görə təşəkkür edib:

"Göcekdəyəm, yollar bağlıdır, hadisə yerinə çatmaq şansım yoxdur. Əziz qardaşlarım Onur Yılmaz və İbrahim Çelikkol Marmarisdəki yanğın yerində könüllü işləyirlər. Mənə göndərdikləri video və mesajları sizinlə paylaşıram. Yanğın istilik elektrik stansiyasına yaxınlaşdığını və vəziyyətin ağır olduğunu söyləyirlər. Göz görə-görə buna icazə verməməliyik. Səlahiyyətli şəxslərdən dərhal tədbir görməsini xahiş edirəm".

Milli.Az


Etiketlər:  Məşhur türk aktyor özünü alovun içinə atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ