Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2025 21:55
Müğənni Sevda Yahyayeva "Həftənin qonağı" verilişində həyat yoldaşı Zakir Bayramovla necə tanış olmalarından danışıb.
Sonxeber.net xəbər verir ki, instaqramda tanış olduqlarını bildirən ifaçı həyat yoldaşının ilk yazdığı mesajın onu cəlb etdiyini açıqlayıb:
"Zakirlə instaqramda tanış olmuşuq. Məni efirdə görmüşdü. Mənə dedi ki, maraqlı gəlmişdin mənə və sanki kimsə söylədi ki, götür, ona yaz. "Salam, necəsiniz" sözü mesajda yox idi. Heç vaxt açıqlamamışam bunu. Bu, sirrim idi. 5 ildir gizli saxlayırdım. Salamsız birbaşa mətləbə keçmişdi. "Adım Zakirdir, gəlin, cəhd edək, bəlkə alındı" deyə, yazmışdı. Əslində sadə bir mesaj idi, amma diqqətimi çəkdi. 3 gün sonra ona cavab verdim. Düşündüm ki, necə fərqli adamdır, səhfəsi açıq idi, girib baxdım. Dedim ki, nə yaraşıqlı adamdır, helikopterlə uçur, kanyonda gəzir. Mən də yumorla cavab verdim. Sonra dostlarımızla birgə görüşdük. Görüşə rəfiqələrimlə gedirdim. Dedi ki, olar tək görüşək, sənə sözüm var. Hər ikimizdə evlilik məqsədi var idi. Görüşməzdən əvvəl neçə ay danışmışdıq, fikirlərimiz ciddi idi".
Qeyd edək ki, cütlüyün Ayla və Aida adında iki qız övladı var. (Axşam.az)