Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər evdə ilkin tibbi yardım üçün lazım olan dərman preparatları olmalıdır

Hər evdə ilkin tibbi yardım üçün lazım olan dərman preparatları olmalıdır

Tarix: 4 Avqust 2021 23:36

Hər bir evdə kiçik aptek adlanan qutu və ya rəf olmalıdır. Əksər hallarda həmin qutuya müxtəlif xəstəliklərdən müalicə alandan sonra qalan preparatlar yığılır və lazım gələndə onların istifadə müddətinin bitdiyi aşkar çıxır.

Sonxeber.net bildirir ki, evdə saxlanılması zəruri olan dərman vasitələri barədə məlumat verən həkim-terapevt Solmaz Musayeva AZƏRTAC-a deyib: "Qutu və rəflərə ilkin tibbi yardım üçün lazım olan sarğı materialları olmağı məsləhətdir, o cümlədən antiseptik məhlullar, həyəcan və müxtəlif mənşəli sıxıntı olduğu zaman dərman preparatlarının olması məsləhət görülür".

İlk növbədə dərmanları evdə uşaqların əlləri çatmayan yerdə saxlamaq, bəzilərini isə soyuducuya qoymaq lazımdır. Altı aydan bir onların saxlama müddətini ötüb keçməməsi də yoxlanılmalıdır.

Həkim-terapevt deyib: "Dərman preparatlarının həkim təyinatı ilə olması daha düzgündür, çünki hər bir orqanizm fərqli olduğu üçün ona uyğun da dərman preparatları olmalıdır. Bununla yanaşı, ilkin tibbi yardım üçün lazım olan dərmanlar mütləq evdə saxlanılmalıdır".


Etiketlər:  Hər evdə ilkin tibbi yardım üçün lazım olan dərman preparatları olmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ