Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2021 02:34
Kayseridə atası Cuma Ali Ceylanı bıçaqlayaraq öldürən 15 yaşlı C.C.-nin prokurorluqda verdiyi ifadə qan dondurub. Hətta əsəbləri sakit olanları belə özündən çıxarıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, ata qatili olan qız peşman olmadığını söyləyib. Bildirib ki, atası daim onun telefonuna baxıb ona təzyiq edirdi. "Buna görə də, hələ keçən il onu öldürmək qərarına gəlmişdim, amma reallaşdırmadım. Onu sevmədiyim üçün bıçaqlayaraq öldürdüm" deyə ata qatili olan qız bildirib.
Kamran Seyidov