Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2019 16:08
"Qəbələ"nin sabiq baş məşqçisi, hazırda Rusiya "Lokomotivini çalşdıran Yuri Syomin "Aleksandr Nevski" ordeni ilə təltif olunub.
Qol.az-ın xəbərinə görə, bununla bağlı ölkə prezidenti Vladimir Putin sərəncam imzalayıb.
72 yaşlı mütəxəssis əvvəllər bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətləri qarşılığında Şərəf ordeni ilə mükafatlandırılıb. Onun adı "Lokomotiv"in Şərəf Xiyabanına salınıb. "Aleksandr Nevski" ordeni isə müxtəlif fəaliyyət sahələrindəki xüsusi xidmətlərə görə təqdim edilir.
Qeyd edək ki, Syomin "Lokomotiv"də 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. O, 2013/2014 mövsümündə "Qəbələ"ni çalışdırıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub.