Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tokio-2020: Azərbaycanın 33 idmançısı çıxışını bitirib, 3-ü medal qazanıb - SİYAHI

Tokio-2020: Azərbaycanın 33 idmançısı çıxışını bitirib, 3-ü medal qazanıb - SİYAHI

Tarix: 5 Avqust 2021 17:42

Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, yarışın növbəti günündə sərbəst güləşçi Turan Bayramov olimpiadada debüt edib.

74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylova qalib gəlsə də, növbəti görüşündə italiyalı Frank Çamizoya uduzub. Rəqibi finala yüksələ bilmədiyindən, Bayramov bürünc medal şansını itirib.

Karateçi Firdovsi Fərzəliyev isə A qrupunda çıxış edib. 67 kq-dakı idmançı ilk qarşılaşmasında türkiyəli Eray Şamdana məğlub olub. Ardınca yaponiyalı Naoto Saqoya qalib gələn Fərzəliyev son iki görüşündə qazaxıstanlı Darxan Assadılov və misirli Əli Elsavi ilə bacarmayıb. Öz qrupunda sonuncu - beşinci yeri tutan karateçi olimpiadada mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycanın 33 təmsilçisi Tokio-2020-də çıxışını başa vurub. Onlardan yalnız 3-ü medal qazana bilib.

Medal qazananlar

Cüdo: İrina Kindzerska (+78 kq) - bürünc

Boks: Alfonso Dominges (81 kq) - bürünc

Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) - bürünc

Medal qazana bilməyənlər

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Çəkicatma: Anna Skidan

Atıcılıq: Ruslan Lunyov

Atletika: Nazim Babayev (üç təkanla tullanma)

Yunan-Roma güləşi: İslam Abbasov (87 kq)

Qadın güləşi: Elis Manolova (68 kq)

Karate: Firdovsi Fərzəliyev (67 kq)

Sərbəst güləş: Turan Bayramov (74 kq)

Gözləyənlər

Sərbəst güləş: Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Şərif Şərifov (97 kq)

Qadın güləşi: Mariya Stadnik (50 kq)

Bədii gimnastika (fərdi çoxnövçülük): Zöhrə Ağamirova

Bədii gimnastika (qrup hərəkətləri): Zeynəb Hümmətova, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan, Darya Sorokina

Karate: Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq).


Etiketlər:  Tokio 2020 Azərbaycanın idmançısı çıxışını bitirib medal qazanıb SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ