Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniya Gürcüstanı “qırmızı zona”ya daxil edəcək

Britaniya Gürcüstanı “qırmızı zona”ya daxil edəcək

Tarix: 5 Avqust 2021 18:24

Böyük Britaniya Gürcüstanı koronavirusun yayılması ilə bağlı "qırmızı zona"ya daxil edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı Böyük Britaniyanın Tbilisidəki səfirliyi yayıb. Bildirilir ki, bununla bağlı qərar avqustun 8-dən etibarən qüvvəyə minəcək. 

Həmçinin qeyd olunur ki, "qırmızı zona" ölkələri siyahısına Gürcüstanla yanaşı Meksika, Fransanın Mayotta və Reunion adaları da daxil edilib. 

Bununla yanaşı, Böyük Britaniya Avstriya, Almaniya, Sloveniya, Slovakiya, Latviya, Rumıniya və Norveçi təhlükəsiz ölkələr siyahısına daxil edib. 

Qeyd edək ki, Gürcüstan hazırda koronavirusun dördüncü dalğasını yaşayır.

Milli.Az


Etiketlər:  Britaniya Gürcüstanı qırmızı zonaya daxil edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ