Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu virusla mübarizə üsulu mövcud deyil”- Dünyada bitkilərə xəstəlik yayılır

“Bu virusla mübarizə üsulu mövcud deyil”- Dünyada bitkilərə xəstəlik yayılır

Tarix: 5 Avqust 2021 20:12

AQTA rəsmisi təhlükəli bitki xəstəliyindən danışdı: "Bu virusla mübarizə üsulu mövcud deyil"

"Dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarında bitki virusları aşkar olunub".

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev xüsusilə pomidor məhsulunda aşkar olunan pepino mozaika və qonur qırışıqlığı viruslarının təsərrüfata zərərlərindən danışarkən deyib.

O bildirib ki, Almaniya, Hollandiya, Belçika, İspaniya və Türkiyədə kənd təsərrüfatı məhsullarına ciddi ziyan vuran virus bitkilərinə ziyan vurmaq potensialına sahib viruslar aşkar edilib.

"Əsasən, pomidorda aşkar edilsə də, badımcan, bibər və tütün məhsullarında da aşkar edilir. Virusun iqtisadi zərəri böyük həcmlərlə ölçülür".

Qurum rəsmisi əlavə edib ki, hazırda bu virusla mübarizə üsulu mövcud deyil:

"Təsərrüfat yoluxubsa onun sağlamlaşdırılmağının yolu yoxdur. Həmin təsərrüfat yandırılıb məhv olunur. Təsərrüfat dezinfeksiya olunur. Ərazidə ən azı iki-üç il ərzində heç bir bitki yetişdirilmir".

B. Quliyev qeyd edib ki, artıq müxtəlif ölkələrdə bu virusun təzahürləri var, virus böyük iqtisadi itkilərə səbəb olduğundan dövlətlər sərhədlərini bağlamaqla onun qarşısını almağa çalışırlar:

"2020-ci ildən Rusiya Ermənistan və Türkiyədən daxil olan pomidor məhsulunda qonur qırışıqlıq xəstəliyinin aşkar olunması ilə əlaqədar, eləcə də, Türkmənistan, Özbəkistən, Qazaxıstana da pepino mozaika virusunun aşkarlanması ilə əlaqədar müəyyən məhdudiyyətlər tətbiq edib".

Onun sözlərinə görə, bununla bağlı artıq Azərbaycana da müəyyən siqnallar daxil olmaqdadır.


Etiketlər:  virusla mübarizə üsulu mövcud deyil Dünyada bitkilərə xəstəlik yayılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ