Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran bentonit istehsalını genişləndirir

İran bentonit istehsalını genişləndirir

Tarix: 13 Avqust 2019 18:21

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətində Sənqan Polad Mədən Sənayesi Şirkətinin bentonit istehsalı bölməsi istismara verilib.

Bunu İranın Sənqan Polad Mədən Sənayesi Şirkətinin icra direktoru Əli Əmrayi deyib. Onun sözlərinə görə, bu bölməyə 140 milyard rial (3,33 milyon dollar) investisiya yatırılıb.

Əmrayi əlavə edib ki, bu bölmə hazırda ildə 100 min ton bentonit istehsal edə bilər. Bölmənin istehsalını ildə 200 min tona çatdırmaq mümkündür: “Bundan öncə şirkətin bentonitə olan ehtiyacı bölgədən kənardan təmin olunurdu”.

Şirkət rəsmisi 120 nəfərin işlə təmin olunduğunu da qeyd edib.


Etiketlər:  İran bentonit istehsalını genişləndirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ