Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2021 10:50
Gürcüstanın şərqində, azərbaycanlıların sıx yaşadığı Kvemo-Kartli regionunda növbəti zəlzələ olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, yerli vaxtla saat 03.36 radələrində baş veən 3,9 bal gücündə zəlzələnin ocağı Dmanisi şəhərindən 25 km cənub-qərbdə, Sameba kəndi yaxınlığında 11 km dərinlikdə yerləşib.
Bu, son sutka ərzində Gürcüstanda baş verən üçüncü zəlzələdir. Bundan əvvəl 6 avqust saat 19.25 radələrində bu zonada, Semeba kəndində 3,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin gün saat 12.55 radələrində isə Tbilisidən 24 km uzaqlıqda yeraltı təkan olub.