Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada avtomobil qəzası nəticəsində beş nəfər ölüb

Rusiyada avtomobil qəzası nəticəsində beş nəfər ölüb

Tarix: 14 Avqust 2019 02:20

Bakı. Trend:

Rusiyanın Krasnodar diyarında qəza nəticəsində iki uşaq da daxil olmaqla beş nəfər ölüb.

Trend-in məlumatına görə, üç böyüklər və bir uşaq hadisə yerində keçiniblər, daha bir uşaq daha sonra reanimasiyada ölüb.

Altı yaralı, o cümlədən bir uşaq xəstəxanaya aparılıb.

İlkin məlumatlara görə, Temryuk-Krasnodar-Kropotkin avtomobil yolunda "Opel" və "Hyundai" toqquşub.

"Opel" markalı avtomobilin sürücüsü qarşıdakı zolağa çıxaraq "Hyundai"ya çırpılıb. Qəzanın günahkarı – “Opel” sürücüsü ölüb.


Etiketlər:  Rusiyada avtomobil qəzası nəticəsində beş nəfər ölüb


RƏYLƏR